“6 minədək müəllimin imtahanlara dəvəti geri götürülüb”

6-minedek-muellimin-imtahanlara-deveti-geri-goturulub
Oxunma sayı: 4262

“Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllimin sertifikasiya imtahanında iştirakla bağlı dəvəti geri götürülüb”.

 “Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

Həmçinin oxuyun: Состоялась свадьба дочери Вугара Гурбанова - Видео

O qeyd edib ki, imtahanda 28 000-ə yaxın müəllim iştirak edəcək. Onların 8500 nəfəri Azərbaycan dili və ədəbiyyatı, 19 500 nəfəri isə ibtidai sinif üzrə prosesə cəlb olunacaq.

Rüfət Əzizovun sözlərinə görə, 15 sentyabradək 60 yaşı tamam olan müəllimlərin imtahanda iştirakı ləğv olunub: “Hazırda bu dəyişikliklər müzakirə olunur. Qaydalar yaxın günlərdə təsdiq olunacaq və dəqiqləşəcək. Əgər qanunda dəyişiklik olarsa, qaydalar təsdiqlənərsə, yaşı 60-dan yuxarı müəllimlər növbəti imtahanlarda iştirak edə biləcəklər. Hazırkı 20-24 iyun imtahanında yaşı 60-dan yuxarı olan müəllimlərin iştirakı nəzərdə tutulmur”.

R.Əzizov əlavə edib ki, sertifikasiya imtahanı ölkə üzrə 13 şəhərdə, 23 mərkəzdə təşkil olunacaq. Gələcəkdə direktor və direktor müavinləri müsabiqəsində də sertifikasiya ballarından istifadə olunacaq və balı yüksək olan müəllimlərə üstünlük veriləcək.

Qeyd edək ki, iyunun 19-u baş tutacaq müəllimlərin sertifikasiya imtahanına qeydiyyat sabah saat 8:30-dan başlayır. Gün ərzində iki seans olacaq və imtahanlar iyunun 24-dək davam edəcək.

Gülnar Əliyeva