Oğurluqda şübhəli bilinən şəxslər tutulub.
"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər Bakı şəhər sakininə məxsus evlərdən ayrı-ayrı vaxtlarda pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağcəbədi rayon sakini Elmir Məmmədov, Salyan rayon sakini Eyyub Məmmədov və Şəmkir rayon sakini İlqar Məmmədov tutulublar.
Daha bir oğurluq hadisəsinin də üstü açılıb. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyulun 30-da Gəncə şəhər sakini Pərviz Məmmədova məxsus evdən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əbülfət Məmmədov tutulub.
Oğurluq etdiklərinə görə tutulmuş iki nəfər şəxsin isə digər cinayət əməlləri də müəyyən edilib. Belə ki, Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən iyulun 24-də oğurluq etdiklərinə görə tutulmuş Mərhəmət Məmmədovun və İsa Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakinləri Bayram Əhmədova və Zeyni Həsənəliyevin həyətlərindən 14 baş qoyun oğurlamaları da müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər