6 nəfər tonqal ətrafında yanıb - Bayram günlərində

6-nefer-tonqal-etrafinda-yanib
Oxunma sayı: 3842

Bakıda ilaxır çərşənbə və Novruz bayramı günlərində 6 nəfər tonqal ətrafında yanıb.

“Qafqazinfo” xəbər verir ki, Respublika Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, martın 20-21-i tarixlərində tonqal ətrafında yanma ilə bağlı 2, martın 15-i ilaxır çərşənbə günü 4 müraciət daxil olub.

Mərkəzdən bildiriblər ki, müraciət edənlər yüngül yanıq xəsarətləri alıblar.

Mərkəzdən onu da qeyd ediblər ki, martın 1-i od çərşənbəsi günü Şəmkirdə 2008-ci il təvəllüdlü azyaşlı tonqala düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.