6 otaqlı ev yandı

6-otaqli-ev-yandi
Oxunma sayı: 685

Lənkəran rayonunda yanğın olub.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Boladi kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.