6 otaqlı ev yandı

6-otaqli-ev-yandi
Oxunma sayı: 757

Paytaxtda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.