Saatlıda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Saatlı rayonu, Qaralar kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 80 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər