Masallıda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzəkənd kəndində ümumi sahəsi 312 kv2 m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 40 m2 sahədə və çardağı 16 kv2 m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər