6 otaqlı ev yandı

6-otaqli-ev-yandi
Oxunma sayı: 858


“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami rayonunda baş verib.

Belə ki, bu gün saat 13.30 radələrində şəhərin Zərrabı küçəsi, 4-cü döngə 1-ci dalan ev 4-də Şəfiqə Səmədovaya məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2 otaq, dəhlizin yanar konstruksiyaları 70 kv.m sahədə, 1 otağın tavanının yanar konstruksiyaları 30 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Məlumata görə hadisə yerinə 4 yanğınsöndürən avtomobil cəlb edilib və tezliklə alovun qarşısı alınıb.