6 peyvəndin insanlarda sınağı başladı - ÜST-dən açıqlama

6-peyvendin-insanlarda-sinagi-basladi
Oxunma sayı: 3289

Dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı 83 fərqli peyvənd inkişaf mərhələsindədir, bunlardan 6-sının insanlar üzərində sınaqları başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb:“Bu peyvəndlərin 6-sının klinik testləri artıq başladılıb. Sözügedən 6 potensial peyvənddən 3-ü Çində hazırlanıb".

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 13 apreldə dünyadakı 70 elmi heyət və şirkətin koronavirusa qarşı peyvənd üzərində çalışdığını bildirmişdi.