6 PKK terrorçusu zərərsizləşdirildi - Foto

6 PKK terrorçusu zərərsizləşdirildi
Oxunma sayı: 1150

“Eren Kış-7” əməliyyatlarında 6 PKK terrorçusu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Eren Qış-7” əməliyyatları çərçivəsində noyabrın 22-də Bitlisdə zərərsizləşdirilən 6 terrorçudan birinin “narıncı”, digərinin isə “yaşıl” kateqoriyada axtarışda olub.

Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Daxili Təhlükəsizlik “Eren Qış-7” əməliyyatları çərçivəsində terror təşkilatı PKK/KCK üzvlərinə qarşı əməliyyat keçirilib.

Ümumilikdə 6 terrorçu zərərsizləşdirilib, onlardan biri Bitlisdəki qadın terrorçu dəstəsinin lideri, Suriya vətəndaşı, Baharin Afrin kod adlı Leyla Şeyhodur. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin “yaşıl” siyahısında olub və terrorçunun başına 2 milyon lirə mükafat təyin edilib.

Digər terrorçunun isə Bitlisin çöl bölgələrində məsuliyyətlə fəaliyyət göstərən Sores Qars Roni kod adlı Erhan Mingsar olduğu və onun 1 milyon türk lirəsinə qədər mükafatla “narıncı” kateqoriyasında axtarıldığı qeyd edilib.