6 rayonda əmək yarmarkaları keçiriləcək - - İşsizlərə şad xəbər

6-rayonda-emek-yarmarkalari-kecirilecek-
Oxunma sayı: 783


ƏƏSMN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, avqustun 20-də Oğuz, avqustun 21-də Hacıqabul, avqustun 28-də Kürdəmir, Cəlilabad, Şabran rayonlarında və Şirvan şəhərində əmək yarmarkalarının keçirilməsi üçün hazırlıq işləri aparılır. Tədbirlərdə qeyd olunan şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif ediləcək. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması da nəzərdə tutulub.

Onu da qeyd edək ki, yarmarkalarda peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydə alınacaq.

“Qafqazinfo”