6 saylı marşrutun yolu dəyişdirilir

6-sayli-marsrutun-yolu-deyisdirilir
Oxunma sayı: 1311

Bakıda 6 saylı marşrut xəttinin hərəkəti dəyişdirilir.

“Qafqazinfo” "BakuBus" MMC-yə istinadən məlumat verir ki, aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

Odur ki, 6 saylı marşrut xətti "Azadlıq" metro stansiyasının önündən "İçərişəhər" metro stansiyasına qədər hərəkət edəcək.