6 saylı məktəb kollektivi bəyanat verib...

6-sayli-mekteb-kollektivi-beyanat-verib
Oxunma sayı: 3707

Səbail rayonu 6 saylı məktəb-liseyin kollektivi bu məktəbin məzunu, prezident İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etməyə çağırış edib.

Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova bu sözləri Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağındakı çıxışında səsləndirib. O, qeyd etmişdir ki, məktəb kollektivi fəxr edir ki, bu gün dünyanın ən nüfuzlu siyasi xadimlərindən olan İlham Əliyev məhz bu məktəbin məzunudur. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, böyük iqtisadi uğurlara imza atılıb: “Bu gün məktəbdə təhsil alan şagirdlər ölkə başçısının həyat yolu ilə yaxından maraqlanır, onun daha dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirirlər. Məktəb kollektivinin xahişi ilə bu dahi şəxsiyyətin fəaliyyətinin dərindən öyrənilməsi məqsədi ilə «İlham Əliyev və Azərbaycan – inkişaf və perspektivlər» mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Məktəb kollektivi Səbail rayonunun digər təhsil müəssisələrinin kollektivlərini də bu təşəbbüsə qoşulmağa çağırıb və Səbail Rayon İcra Hakimiyyətini də bu işlərdə onlara dəstək olmağı xahiş edir”.