“Qafqazinfo”ya daxil olan məlumata görə, layihənin əsas məqsədi gəncləri ictimai fəaliyyətə cəlb etmək, müxtəlif könüllük fəaliyyətinə dəstək, yerli və beynəlxalq tədbirlərdə yaxından iştirak etmək, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılmasıdır.
Layihə çərçivəsində növbəti görüş Şəki və Qəbələ şəhərlərində baş tutub. Bölgə gəncləri ilə görüşdə yerli aktiv gənclər və region gənclər təşkilatlarıda iştirak ediblər. Görüşlər zamanı gənclər layihə çərçivəsində digər region gəncləri ilə birgə əməkdaşlığın genişlənməsi ilin sonuna isə layihədə iştirak edən 6 şəhərin gənclərini bir yerdə toplanmağı təklif olunub.
Qeyd edək ki, layihə çərçivəsində artıq Gəncə və Mingəçevir şəhərlərində görüşlər keçirilmişdir və bütövlükdə artıq 4 şəhərdə görüşlər baş tutub, layihə üzrə son görüşlər Lənkəran və Quba şəhərlərində keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər