6 tona yaxın narkotik vasitə məhv edildi - Fotolar

6-tona-yaxin-narkotik-vasite-mehv-edildi
Oxunma sayı: 1167

Şəki rayonunun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi çəkisi 5 ton 600 kiloqram olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.