6 voleybolçu, 30-dan çox güləşçi dağıntılar altında qaldı

6-voleybolcu-30-dan-cox-gulesci-dagintilar-altinda-qaldi
Oxunma sayı: 2906

Türkiyədə baş verən zəlzələdən sonra Malatya bölgəsində 6 voleybolçu dağıntılar altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda onların xilas edilməsi üçün çalışmalar davam edir. 

Bundan başqa Türkiyənin məşhur güləşçisi Taha Akgül Kahramanmaraşda 30-40 güləşçinin dağıntılar altında qaldığını bildirib. 

Fövqəladə Halların İdarəolunması Agentliyindən bildirilib ki, həmin ərazidə xilasedicilər onları dağıntılar altından çıxarmaq üçün işlər aparır.