6 yaşlı qızın meyiti tapıldı

6-yasli-qizin-meyiti-tapildi
Oxunma sayı: 2892

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının axtarışları başa çatıb. 

"Qafqazinfo" xəbər verir ki, M.Muradovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su kanalından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, onun batması ilə bağlı məlumat ötən gün axşam saatlarında yayılmışdı.