Soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt sakini saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, 34-cü məhəllə ərazisində naməlum şəxs 6 yaşlı qızın qulağından qızıl sırğanı açaraq aparıb. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan T.Hacıyev müəyyən edilərək saxlanılıb.
Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər