6 yaşlı uşaq 12 yaşlı oğlanı güllələdi

6-yasli-usaq-12-yasli-oglani-gulleledi
Oxunma sayı: 1143

Kürdəmir rayonunda bədbəxt hadisə yaşanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iki azyaşlı arasında baş verən olay zamanı biri digərini atasının silahı ilə güllələyib.

Belə ki, rayonun Sor-sor kənd sakini, 12 yaşlı Tural Nəsirov qarnında qırma yarası ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı müəyyən olunub ki, 6 yaşlı Sərdar Məmmədov atası Ramilə məxsus tir tüfəngindən ehtiyatsız istifadə edib.

Nəticədə açılan atəşlə Nəsirov Turan Alim oğluna xəsarət yetirib. 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.