6 yaşlı uşaq yanaraq öldü - Sumqayıtda

6-yasli-usaq-yanaraq-oldu
Oxunma sayı: 781

Sumqayıtda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
 
"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.
 
Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.