60-dan çox deputat Anar Məmmədliyə azadlıq istədi

60-dan-cox-deputat-anar-memmedliye-azadliq-istedi
Oxunma sayı: 2132


“Qafqazinfo” xəbər verir ki, “Turan”ın Strasburqdan verdiyi məlumata görə, AŞPA-nın bütün siyasi qruplarından nümayəndələrin imzaladığı bəyannamə qış sessiyası iştirakçıları arasında assambleyanın rəsmi sənədi kimi paylanıb.

Sənəddə qeyd olunur ki, Anar Məmmədli tanınmış vətəndaş cəmiyyəti fəalıdır, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq edib. Bəyannamə müəllifləri Azərbaycan hakimiyyətini Anar Məmmədliyə qarşı ədalətli və şəffaf hüquqi prosesin keçirilməsini təmin etməyə, Avropa İnsan Hüquqları Konvensiyasının  tələblərinə tam həcmdə əməl etməyə, onu məhkəməyə qədər həbsdən azad etməyə çağırıblar.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Özü, vəkilləri, eləcə də bir çox yerli və beynəlxalq təşkilat ittihamları rədd edir və siyasi sifariş sayrılar.