60 kq arıqlayan aktyor işsiz qalıb

60-kq-ariqlayan-aktyor-issiz-qalib
Oxunma sayı: 4428

“Hayat Bilgisi” serialı ilə populyarlaşan aktyor Ümit Erdim çəki atması ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, o, bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı keçirərək 60 kq arıqlayıb.

İnstaqramda yeni fotolarını paylaşan Ümid hər kəsi təəccübləndirib. Hətta o, “keçmiş halına qayıt, bu halda heç bir layihədə yer almayacaqsan” şərhinə belə cavab verib: “Razıyam, onsuz hansısa bir serial, filmdə yer ala bilmirəm. Amma sırf bu səbəbdən keçmiş halıma qayıtmaq niyyətim yoxdur”.