60 manatlıq evlər – - "Alqışlayırıq"

60-manatliq-evler-
Oxunma sayı: 3809


Ayda 60 manat ödəməklə 60 kvadratmetrlik ev almaq mümkün olacaq. Bununla bağlı Mənzil Məcəlləsində sosialyönümlü evlərin tikintisi nəzərdə tutulub. Və bu barədə açıqlamanı millət vəkili Hadi Rəcəbli belə deyir: “Əslində belə başa düşülməlidir ki, dövlət bu evi onlara bağışlayır, həmin adamlara. Amma simvolik olaraq oradakı insan faizsiz kredit ödəyir. Faktiki olaraq bu bağışlamağın bir növüdür. Bu baxımdan belə bir addımın da atılması gündəmdə var. Bu bizim dövlətimizin başçısının bir istəyidir. Bu da zaman-zaman həyata keçirilir və keçiriləcək də”. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosialyönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə iş təklif oluna biləcəyini də deyir...

“Qafqazinfo” xəər verir ki, Ümid Partiyası sədrinin büdcə və iqtisadi məsələlər üzrə müavini Razi Abasbəyli deyir ki, onlar bununla bağlı olaraq hələ 2013-cü ilin prezident seçkiləri dönəmində konkret təkliflərlə çıxış ediblər. «Biz ipoteka kreditlərinin səmərəsiz olduğunu, əhalinin aztəminatlı təbəqəsinin mənzil problemini həll etmək üçün ipoteka siyasətinin yanlış olması barədə 2013-cü ilin prezident seçkilərində çıxış etmişdik. Prezidentliyə namizədimiz İqbal Ağazadə seçkilər dövründə konkret təkliflərlə çıxış edərək indi hökumətin gündəmə gətirdiyi «Xalq evləri» layihəsinin bütün detallarını açıqlamışdı. Bundan sonra da biz müvafiq təkliflər paketi hazırlayaraq hökumətə təqdim etdik. Dövlət sifarişi ilə şəhərciklərin salınması və həmin şəhərcikdəki mənzillərin aşağı qiymətlərlə, faizsiz olaraq gənc ailələrə verilməsini təklif edirdik. İpoteka krediti siyasətindən faktiki olaraq dövlət büdcəsi qazanmır. Bu sistemlə müvəkkil banklar gəlir əldə edirlər. Həm də İpoteka ilə mənzil almaq üçün gənclərdən iş yeri, yüksək əmək haqqı və digər kriteriyalar tələb olunur. Lakin bizim zaman-zaman israrla təklif etdiyimiz və bu gün də hökumətin reallaşdırmaq istədiyi «Xalq evləri» layihəsi daha çox sadə prinsiplərə söykənir. Faktiki olaraq inşa işlərini həyata keçirmək üçün dövlət sifarişi ilə tenderi qazanan iş adamları prossesdə iştirak edirlər. Dövlətin nəzarəti ilə belə şəhərciklər salınır və 20-25 illik ödənişlə mənzillər gənc ailələlərə verilir. Hökumətin bizim bu təklifimizi eallaşdırmaq istəyi və bu istiqamətdə olan təşəbbüsləri yüksək qiymətləndirir və alqışlayırıq. Həmçinin də bü mütərəqqi işin icrasında partiyamızın mütəxəssisləri tərəfindən yaxından iştirak etməyə hazırıq” deyə Razi Abasbəyli bildirib.