60 metrlik “Şeytan çarxı”ndan - - Fotosessiya

60-metrlik-seytan-carxindan-
Oxunma sayı: 6667



"Qafqazinfo" Gün.Az-a istinadən xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə əsasən, “karusel”in qiyməti istifadəçilərin yaşına görə müxtəlifdir.  

“Belə ki, biletlər 6 yaşınadək uşaqlara pulsuz veriləcək. 6 yaşından 12 yaşınadək olan uşaqlar üçün 3 manat, 12 yaşından böyük uşaqlar və böyüklər üçün 5 manat olacaq”, - N.Məcidov deyib.

Qeyd edək ki, çarx tam dairəni sürətdən asılı olaraq 10-30 dəqiqə ərzində vurur.  

Xatırladaq ki, 60 metr hündürlüyündə olan yeni çarxın tikintisinə 2013-cü ildə başlanıb.

Atraksionda hər biri 8 nəfər üçün nəzərdə tutulan 30 kabinə var.  

Bu yaxınlarda Prezident İlham Əliyev və Mehriban Əliyeva yeni atraksionun rəsmi açılışında iştirak ediblər.

Diqqətinizə yeni atraksiondan Bakının görünüşünü təqdim edirik.