60 ölkədə qalan Azərbaycan vətəndaşları təxliyyə üçün müraciət edib

60-olkede-qalan-azerbaycan-vetendaslari-texliyye-ucun-muraciet-edib
Oxunma sayı: 1896

“Bu günədək 20 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyyə olunaraq ölkəyə gətirilib”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. 

O bildirib ki, hazırda dünyanın təxminən 60 ölkəsində qalan Azərbaycan vətəndaşları təxliyyə olunmaq üçün müraciət edib: “Çilidə, Cənubi Afrikada, Mavritaniyada vətəndaşlarımız var. Onların təxliyyə planları üzərində işlənilir”.

Murad Əhməd