60 sürücüyə protokol yazıldı- - Nabranda

60-surucuye-protokol-yazildi-
Oxunma sayı: 1185


“Qafqazinfo” xəbər verir ki, bu və ya digər amillər nəzərə alınaraq, həftənin şənbə-bazar günləri Nabran ərazisində reydlər təşkil edilib. Həmişə olduğu kimi, bu dəfə də sərxoş sürücülər polisin saxla işarəsinə tabeçilik göstərməyib. Bəzi sürücülər isə hətta polisə müqavimət göstərməyə çalışıb. Ancaq belə sürücülər barəsində qanuna müvafiq tədbir görülüb.

Ümumilikdə keçirilən reyd zamanı yol hərəkəti qaydasını pozan 60 sürücüyə inzibati protokol yazılıb. Onlardan 6 sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün barəsində daha ciddi tədbir görülüb.

Qeyd edək ki, reydlər istirahət mövsümü başa çatanadək davam edəcək.