Məşhur aktrisa Ayşe Kökçü üçüncü dəfə ailə həyatı qurub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 60 yaşlı aktrisa həmkarı Gökhan Mete ilə evlənmək qərarına gəlib.
Ayşe Kökçü ilə 70 yaşlı aktyorun toyunda yaxın dostları və ailə üzvləri iştirak edib.
Cütlüyün nikah şahidliyini İzgül Saran və Koray Saran öz üzərinə götürüb.
Daha əvvəl iki dəfə ailə həyatı quran Ayşe Kökçüyün toyuna uşaqları Başar və Billur Sarıkaya da qatılıb.
Aktrisa toyu barədə təəssüratlarını bölüşüb:
“Gökhanla 12 ildir ki, birlikdəyik. Mənə mayın 21-də, doğum günümdə evlənmə təklifi etdi. Mən isə bu təklifi qəbul etdim”.



Son xəbərlər
Son Xəbərlər