60 yaşlı balıqçı dənizdə batdı -

60-yasli-baliqci-denizde-batdi-
Oxunma sayı: 725


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də axşam saatlarında baş verib. Baş Mil-Muğan kollektorunun Xəzərə tökülən hissəsində balıq tutan X.Məmmədov hava isti olduğundan çimmək qərarına gəlib. Bu da onun dənizdə boğulması ilə nəticələnib.

Mərhumun cəsədi yaxınlıqda balıq tutan şəxslərin köməkliyi ilə dərhal sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

“Qafqazinfo”