60 yaşlı Bred Pitt sevgilisi ilə... - Fotolar

60-yasli-bred-pitt-sevgilisi-ile
Oxunma sayı: 8692

Hollivud ulduzu Bred Pitt sevgilisi İnes De Ramonla görüntülənib.

“Qafqazinfo” “The İndependent” nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı aktyor 34 yaşlı İneslə İngiltərədə keçirilən Britaniya Qran Prisində kameralara tuş gəlib. Oskar mükafatlı aktyor və sevgilisi Lüis Hemiltonun qazandığı yarışı maraqla izləyib.

Cütlük əvvəllər yan-yana görüntülənsə də, lakin ilk dəfədir ki, ictimaiyyət qarşısında əl-ələ poza veriblər. 

Qeyd edək ki, Bredin keçmiş Formula 1 sürücüsünü canlandırdığı “F1” filminin ilk afişası elə həmin gün yayımlanıb. Film 2025-ci ildə ekranlara çıxacaq.

Büdcəsinin 130-140 milyon dollar olduğu təxmin edilən filmin aktyor heyətində Bred Pittlə yanaşı Kerri Kondon, Xaviyer Bardem, Tobias Menzis, Sarah Naylz, Kim Bodnia və Samson Kayo yer alıb.

Qeyd edək ki, Bred 2014-cü ildə evləndiyi  Ancelina Coli ilə 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar. Hollivud ulduzları 7 illik məhkəmə prosesindən sonra ötən il boşanmalarını yekunlaşdırıblar. 

Cütlüyün Maddoks, Paks, Zahara, Şilo, həmçinin Noks və Vivyen adlı əkiz uşaqları var.