60 yaşlı kişi evdə yanaraq öldü - Yenilənib

60-yasli-kisi-evde-yanaraq-oldu
Oxunma sayı: 2222

Şəkidə yaşayış evində baş verən yanğında 60 yaşlı kişi yanaraq həyatını itirib.

"Qafqazinfo"un məlumatına görə, yanğın hadisəsi axşam saatlarında şəhərin Abdulrəhim Haqverdiyev küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.

Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı evdə yaşayan 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nurəddin oğlu yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

FHN-in yaydığı məlumata görə, Şəki şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin dam örtüyü 15 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mübariz Muradov