60 yaşlı kişinin meyiti tapıldı

60-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1246

Bakıda mənzildə 60 yaşlı kişi meyiti tapılıb.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1957-ci il təvəllüdlü Həsənov Rəfail Əbdülhəsən oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.