“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, o, iyulun 23-də baş vermiş insidentlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Turan-a Müsavat Partiyasının hüquqşünası Elman Fəttah bildirib.
Həmin gün Məmmədov öz ofisinə gəldikdə onu bir qrup qadın qarşılayıb.
Məmmədov onları içəriyə dəvət edib. Ofisə daxil olan qadınlar ona hücum çəkiblər və “müxalifətçi” adlandıraraq təhqir etməyə başlayıblar. Bunun təxribat olduğunu anlayan Məmmədov 102 nömrəli telefonla polisə zəng edib. Bundan sonra qadınlar ofisi tərk ediblər. Elə həmin gün o, polisə şikayət edib.
Lakin Məmmədovun özü xuliqanlıq ittihamı ilə saxlanılıb. Tərtər rayon məhkəməsi polisin Məmmədovun həbsi haqqında təqdimatını təmin etməyərək, ev dustaqlığı ilə kifayətlənib.
Bundan sonra prokurorluq məhkəmənin qərarına etiraz edib və avqustun 2-də Gəncə Apellyasiya Məhkəməsi ev dustaqlığı haqqında qərarı ləğv edərək, Məmmədovu 2 ay müddətinə həbs edib.
Son xəbərlər
Son Xəbərlər