60 yaşlı qadın “07”nin qurbanı oldu - Foto

60-yasli-qadin-07nin-qurbani-oldu
Oxunma sayı: 2035

Bərdə rayonunun Qazqurdalı kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

Qəza nəticəsində 60 yaşlı rayon sakini Hüseynova Sona Əli qızı hadisə yerində ölüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.