60 yaşlı qadın xadimə işlədiyi binada özünü öldürdü

60-yasli-qadin-xadime-islediyi-binada-ozunu-oldurdu
Oxunma sayı: 3567

Abşeronda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Sevinc Sabir qızı Cavadova işlədiyi Qalubiyyə küçəsində yerləşən “Grant” MTK-ya məxsus 21 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Lamiyə Məmmədova