60 yaşlı qadını kim öldürüb?

60-yasli-qadini-kim-oldurub
Oxunma sayı: 1725

Yanvarın 11-də 60 yaşlı Nigar Niftəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti Yasamal rayonundakı yaşadığı evdə tapılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən N.Niftəliyevanın qohumu, Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İbrahimov saxlanılaraq istintaqa cəlb olunub.