600-dən yüksək bal toplayanlarla görüş keçirildi -

600-den-yuksek-bal-toplayanlarla-gorus-kecirildi-
Oxunma sayı: 1141


Məktəbdən “Qafqazinfo”ya daxil olan məlumata görə, 1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov onları imtahanda göstərdikləri nəticələrə görə təbrik edib və Ali Məktəbin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb.  O, bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara,  həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksək ixtisaslı kadrların hazırlanmasıdır. 

Rektor eyd edib ki, BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində BANM-də tədrisin bu universitetin proqramları əsasında həyata keçirildiyini və Ali Məktəbin seçilmiş tələbələrinin hər il bir semestr ərzində Heriot-Vatt universitetinə təhsil almağa göndərilir. 

Görüş çərçivəsində rektor  və tələbələr abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandırıblar.

“Qafqazinfo”