Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Alim Tağıyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər