Kürdəmirdə 61 yaşlı qadının meyiti yaşadığı evdə tapılıb.
"Qafqazinfo"nun məlumatına görə, rayonun Soltan Şıxəliyev küçəsində yaşayan 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızının meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər