"Bu günə kimi, növbədənkənar parlament seçkiləriylə bağlı 617 nəfərin namizədliyi qeydə alınıb".
"Qafqazinfo" xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. O qeyd edib ki, qeydə alınan namizədlərdən 149 nəfəri 14 siyasi partiya, 6 nəfəri fərdi təşəbbüs qrupu, 462 nəfər isə fərdi qaydada irəli sürülüb:
"Bunlar dünənin məlumatlarıdır və rekord göstəricilərdir".
M. Pənahov qeyd edib ki, Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu günə kimi cəmi 12 müraciət MSK-ya daxil olub:
"Bu da kifayət qədər aşağı göstəricidir. Sevindirici haldır ki, müraciət edənlərin sayında azlıq var. 12 müraciətdən də təxminən yarısı namizədin xeyrinə həll edilib. Yalnız əmlakla bağlı məsələdə şikayəti qəbul etmək hüququmuz yoxdur".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər