62 yaşlı kişi qatarın altında qalıb öldü

62-yasli-kisi-qatarin-altinda-qalib-oldu
Oxunma sayı: 1491

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində - Biləcəri dəmir yolu vağzalının yaxınlığında 1956-cı il təvəllüdlü Mövlanov Dövlət Allahverdi oğlu yük qatarının altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 62 yaşlı kişi həkimlərin səyinə baxmayaraq vəfat edib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ( Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb. Araşdırma aparılır.