Zaqatalada 62 yaşlı kişini maşın vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Azərbaycan prospektində baş verib.
Belə ki, rayonun Qımır kənd sakini, 1959-cu il təvəllüdlü Həsənov Osman Məhəmməd oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub.
Qəza zamanı baş-beyin silkələnməsi və kəllənin çoxsaylı açıq yara xəsarətləri alan Osman Həsənov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər