62 yaşlı kişini maşın vurub öldürdü

62-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 1978

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Ramiz Novruzovu “VAZ” markalı avtomobil vurub. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli