Bu gün Türkiyənin pop ulduzu Sezen Aksunun doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, 62 yaşlı müğənni doğum gününü ailəsi və dostları ilə birgə qeyd edəcək.
Sezen Aksunun həyat macərası 1954-cü ildə Dənizli Sarayköydə başlayıb.
1970-ci illərdə səhnəyə atılıb və Türkiyə pop musiqisini idarə edən şəxslərdən birinə çevilirilib.

1990-2000-ci illərdə müxtəlif insanların məşhurlaşmasına yaxından köməklik edib, bu günə kimi iusə 8 sinql və 25 albom çıxarıb.
Aksu 1974-ci ildə başlayan peşə həyatında 200-dən çox mükafata layiq görülüb.
Müğənni 20-dən çox ölkədə 1500-dən çox böyük konsertlərə imza atıb.

İfaçı “Minik şərçə” filmi ilə ölkədə daha çox populyarlaşmağa başlayıb.
O, “Küçücüğüm”, “Eller günahkar”, “Sen ağlama” kimi yüzlərlə hitin sahibəsidir.
S. Aksunun sənəti kimi şəxsi həyatı da hər zaman müzakirə olunub.
İfaçı gənc yaşda Həsən Yüksektepe ilə qısamüddətli evlilik həyatı olub. Sezen daha sonra Ali Engin Aksu ilə ailə həyatı qurub, “Aksu” soyadını götürüb. Lakin, həmin evlilik də uğursuzluqla nəticələnib.

3 aylıq hamilə olan müğənni 1980-ci ildə Sinan Özerlə evlənib, 3 il sonra boşanıb. Qısa evlilik həyatı ilə yadda qalan sənətçi 1993-cü ildə Əhməd Utlu ilə münasibətlərini rəsmiləşdirib. Məşhur müğənninin Mithat Can adlı bir oğlu var.







Son xəbərlər
Son Xəbərlər