63 yaşlı kişi bir aydır itkin düşüb - Foto

63-yasli-kisi-bir-aydir-itkin-dusub
Oxunma sayı: 2008

Sabirabadda 63 yaşlı kişi itkin düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rayon sakini, 1961-ci il təvəllüdlü Afət  Abbasov fevralın əvvəlində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Abbasovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (055 289 99 62) məlumat vermələri xahiş olunur.