63 yaşlı kişini maşın vurdu - Vəziyyəti ağırdır

63-yasli-kisini-masin-vurdu
Oxunma sayı: 1723

Gəncədə piyadanı avtomobil vurub.

“Qafqazinfo”nun məlumatına görə, şəhərin Cavad Xan qəsəbəsində yolu keçmək istəyən şəhər sakini, 1956-cı il təvəllüdlü Allahverdiyev Etibar Qiyas oğlunu “VAZ21011” markalı avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli