Zaqatalada 63 yaşlı piyadanı minik avtomobili vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.
1968-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Azər Şamil oğlu idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü İsmayılov Əliheydər Böyükxan oğlunu vurub. Qəza zamanı ağır dərəcəli bədən xəsarətləri alan Ə. İslamov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər