İspaniyanın şimalında Burqosda 64 yaşlı qadın sağlam əkiz - qız və oğlan dünyaya gətirib.
"Qafqazinfo" BBCAzərbaycanca-ya istinadən xəbər verir ki, doğuş Recoletas xəstəxanasında bu cür nadir hallarda istifadə edilən qeysəriyyə əməliyyatı ilə reallaşıb.
Adı çəkilməyən qadın ABŞ-da sonsuzluğa qarşı müalicə edilib, İspaniya mediası yazır.
Bu qadın 2012-ci ildə qız uşağı dünyaya gətirib, hərçənd ki uşaq sonradan anadan alınıb.
Sosial işçilər uşağın təcrid olunmuş, pis geyimli və pis gigiyenik qaydalar şəraitində böyüdüldüyünü bildiriblər.
Əkizlərlə bağlı heç bir qərar veriləməyib.
Xəstəxana ana və uşaqların sağlamlıq durumlarını yaxşı kimi qiymətləndirib. Oğlan çəkisi 2.4 kq, qızınkı isə 2.2 kq-dır.
Son xəbərlər
Son Xəbərlər