Bu gün Latviya Seyminin keçirilən növbədənkənar iclasında hakim partiyadan prezidentliyə namizədliyi irəli sürülən Avropa məhkəməsinin hakimi Eqil Levits prezident seçilib.
“Qafqazinfo”nun “Sputnik Latviya”ya istinadən verdiyi xəbərə görə, onun namizədliyini 61 deputat dəstəkləyib. Levits iyulun 8-dən, hazırkı dövlət başçısı Raymond Beyonisin səlahiyyət müddəti bitdiyi gündən etibarən ölkəyə rəhbərlik edəcək.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü yeni prezident Valdis Birkavsanın hökumətində ədliyyə naziri və baş nazir işləyib. Onun istefasından sonra Levits də siyasətdən gedərək Latviyanın Avstriya, İsveçrə və Macarıstanda səfiri postunda çalışıb.
Latviya 1995-ci ildə Avropa Şurasına üzv olduqdan sonra o, bu təşkilatın hakimi olub. Latviya 2004-cü ildə Avropa Birliyinə daxil olduqda isə AB-nin hakimi təyin edilib. Onun bu vəzifədə səlahiyyət müddəti 2024-cü ildə bitir.
Son xəbərlər
Son Xəbərlər