64 yaşlı kişi kanalda batdı

64-yasli-kisi-kanalda-batdi
Oxunma sayı: 2059

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, A.Hacıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.