64 yaşlı maşın - 70 minə satılır

64-yasli-masin
Oxunma sayı: 949

Qusarda 64 yaşlı "ZİM" 70 min AZN satışa çıxarılıb.

"Qafqazinfo" ARB Şimal-a istinadən xəbər verir ki,  avtomobil sahibi Gülmət Şahbazovdan cəmi1 yaş kiçikdir. 70 min manata satılan avtomobilə ölkəmizdə nadir rast gəlinir. Sahibi onu 29 il öncə Qubadan 3 min rubla alıb. Lakin maşın ötən ilə qədər istifadə olunmayıb.  Avtomobil 1 il ərzində sahibi tərəfindən saz vəziyyətə gətirilib.

Maşın ustası olan Gülmət Şahbazov avtomobildə çox cüzi dəyişiklik edib. O motor, oturacaqlar və təkərləri dəyişdirib. "QAZ-12"-nin əksər dettaları isə elə zavoddan buraxıldığı gündən bu vaxta kimi qalmaqdadır. 2 ton 700 kq çəkiyə malik avtomobilin uzunluğu 6 metrdir. "QAZ-24" motoru ilə təchiz olunan maşın 95 at gücünə malikdir. Buraxılışının ilk illərində "QAZ-12" yüksək vəzifəli məmurların xidməti maşını olub.